İlkin məlumatlara görə, Əfqanıstanın şimalında baş verən 6,3 bal gücündə zəlzələ nəticəsində 7 nəfər həlak olub.
Turkustan.az xəbər verir ki, Tolo News-un məlumatına görə Əfqanıstan Milli Fəlakət İdarəsi (AFD) ölkənin şimalında baş verən zəlzələnin episentrinin Samanqan əyaləti olduğunu bildirən bəyanat yayıb. Açıqlamada həmçinin ilkin məlumata görə, 5 nəfərin öldüyü, 150 nəfərin yaralandığı bildirilir.
ABŞ Geoloji Xidməti (USGS) dünən Əfqanıstanın şimalındakı Bəlx vilayətinin Hulm bölgəsində 6,3 bal gücündə zəlzələnin 10 kilometr dərinlikdə baş verdiyini açıqlayıb. Avqustun 31-i, bazar günü gecə Əfqanıstanın şərqində, Pakistan sərhədi yaxınlığında 6 bal gücündə zəlzələ baş verib. Məlumata görə, 2205 nəfər ölüb, 3640 nəfər yaralanıb. USGS həmçinin sentyabrın 2-də Cəlalabaddan 34 kilometr şimal-şərqdə 5,2 bal gücündə zəlzələ qeydə alıb.
Aytən Yaşar/ Turkustan.az