Kallas: Müharibənin bitməsi üçün mütləq bu addımı atmalıyıq


Avropa Birliyinin (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaja Kallas Ukraynanın ərazi güzəştləri edib etməyəcəyi ilə bağlı açıqlama verib.

Turkustan.az xəbər verir ki, Kallas Lüksemburqda keçirilən Aİ Xarici İşlər Nazirləri Toplantısından sonra mətbuat konfransı keçirib.

ABŞ prezidenti Donald Trampın Ukrayna prezidenti Vladimir Zelenski ilə son görüşündə “bütün Donbas regionunun Moskvaya təhvil verilməsinə çağırdığı” iddiası ilə bağlı suala cavab olaraq Kallas vurğulayıb ki, təcavüzkarın Rusiya, qurbanının isə Ukrayna olduğunu unutmaq olmaz.

“Müharibəyə son qoymaq üçün Ukraynaya deyil, Rusiyaya təzyiq etməliyik” deyən Kallas, bunun təkcə Ukrayna üçün deyil, həm də Avropanın və dünyanın təhlükəsizliyi üçün düzgün addım olacağını bildirib.

Təcavüzün nəticə verəcəyi təqdirdə başqalarının da eyni üsulu başqa yerdə istifadə etməsinə dəvət olacağını qiymətləndirən Kallas, müharibəni bitirəcək tərəfin Rusiyanın olduğunu vurğuladı.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ