III Azərbaycan Milli Şəhərsalma Forumu çərçivəsində “Gələcək Şəhərlərimiz üçün Gənclərin Birliyi” lektoriyası baş tutub


III Azərbaycan Milli Şəhərsalma Forumu (NUFA3) çərçivəsində Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (NAYORA) birgə təşkilatçılığı ilə şəhərsalma və memarlıq sahəsində fəaliyyət göstərən NAYORA-nın üzv gənclər təşkilatları və bu sahəyə marağı olan ümumilikdə 60 gənc mütəxəssis üçün “Gələcək Şəhərlərimiz üçün Gənclərin Birliyi” lektoriyası keçirilib.

Lektoriyanın açılışı Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Tədbirdə Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri Rafael Hacıbəyli, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsinin Memarlıq və şəhərsalma şöbəsinin müdiri Müslim İmranlı, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin müdir müavini Ülviyyə Axundova və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) Təbliğat və tədbirlər üzrə məsləhətçisi Məleykə Tağızadə çıxış edib. Şəhərsalma, dayanıqlı inkişaf, iqlimədavamlı və sağlam şəhərlərin formalaşdırılmasında gənclərin rolu, rəqəmsal həllərin tətbiqi və gələcək şəhərlərin planlaşdırılması mövzularında fikir mübadiləsi aparılıb. Panel müzakirələri zamanı iştirakçılar spikerlərə ünvanladığı suallar vasitəsilə mövzu ilə bağlı geniş məlumat alıblar və fikir mübadiləsi aparıblar.

Lektoriyanın gedişi interaktiv hissə ilə davam edib. Sessiya Milan Politexnik Universitetinin tədqiqatçısı, şəhərsalma üzrə mütəxəsis Tural Quliyevin moderatorluğu ilə baş tutub. İştirakçılar qruplar şəklində “Sağlam və Yaşıl İctimai Məkanların Dizaynı” mövzusunda konseptual layihələr üzərində işləyiblər və ideyalarını vizual təqdimatlar vasitəsilə nümayiş etdiriblər. Sessiya zamanı iştirakçılara şəhər dizaynında praktik bacarıqların inkişaf etdirilməsi, komanda işinin təşkili və innovativ yanaşmaların tətbiq imkanları təqdim edilib.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.


MANŞET XƏBƏRLƏRİ