Çoxunun əziyyət çəkdiyi xəstəlik: 3 qida ilə həll olunur


“Gündə iki kivi yemək xroniki qəbizliklə mübarizə aparmağa kömək edir”.

Turkustan.az xəbər verir ki, bunu qidalanma professoru Eirini Dimidi deyib.

“Kivinin tərkibində bağırsaq hərəkətliliyini yaxşılaşdıran və hətta ağır qidaların həzmini asanlaşdıran aktinidin fermenti var. Bu maddə zülalları parçalayır, onların udulmasını asanlaşdırır”.

Mütəxəssis paralel olaraq, çovdar çörəyi və maqnezium tərkibli mineral suyun da qəbizliyə faydalı olduğu bildirib:

“Çovdar çörəyi nəcisi yumşaldan və bağırsaq hərəkətlərini asanlaşdıran bioaktiv maddələrlə, asanlıqla həzm olunan pəhriz lifi ilə zəngindir. Maqnezium isə hamar əzələlərin daralma qabiliyyətini artırır, həzm sistemində peristaltikanı yaxşılaşdırır”. /globalinfo.az/


MANŞET XƏBƏRLƏRİ