Trampdan etirazlara ironik cavab: Kral deyiləm, amma çox iş görürəm


“Kral deyiləm, sadəcə ölkəm üçün çalışıram”.

Turkustan.az xəbər verir ki, ABŞ prezidenti Donald Tramp ölkədə keçirilən “Krallara yox” etirazlarına münasibət bildirərək, “Mən kral deyiləm. Ölkəmizi möhtəşəm etmək üçün bütün gücümlə çalışıram. Hamısı budur” deyib.

Etirazçılar Trampı “avtoritar” liderlikdə ittiham ediblər. Prezident isə bu iddiaları rədd edərək, etirazları “zarafat” adlandırıb və onların milyarder Corc Soros və digər “radikal solçu manyaklar” tərəfindən maliyyələşdirildiyini iddia edib.

Tramp nümayişləri “kiçik, təsirsiz və təmsil xarakteri daşımayan” aksiyalar kimi dəyərləndirib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ