Tom Barak: Sezar sanksiyaları Suriya xalqını cəzalandırır


ABŞ-ın Ankaradakı səfiri və Suriya üzrə xüsusi nümayəndəsi Tom Barak ABŞ Nümayəndələr Palatasının üzvlərini Suriyaya qarşı sanksiyaları ehtiva edən Sezar Aktının ləğvini dəstəkləməyə çağırıb.

Turkustan.az xəbər verir ki, Barak sosial media hesabından verdiyi açıqlamada Sezar Qanunu ilə bağlı işləri dəyərləndirib.

ABŞ Senatının sanksiyaları ləğv etmək istəyini ortaya qoyduğunu qeyd edən Barak, “Nümayəndələr Palatası indi də nümunə götürməli və Suriya xalqına işləmək, iş görmək və ümid etmək hüquqlarını geri verməlidir” şərhini verib.

Barak 2019-cu ildə Sezar Aktı həyata keçirildiyi zaman Suriyada baş verən vəhşiliklərə işarə edərək, "Sanksiyalar anın mənəvi vasitəsi idi" dedi.

Barak 8 dekabr 2024-cü il tarixindən sonra Suriyanın yeni administrasiyasının Türkiyə, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Misir və Avropa ölkələri ilə əlaqələri bərpa edərək barışıq prosesinə girdiyini ifadə edərək, "Davam edən sanksiyalar artıq despotları cəzalandırmır. Onlar Suriyanın sağalması lazım olan müəllimləri, fermerləri və biznesmenləri cəzalandırırlar" dedi.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ