Azərbaycanda ilk: ağaclara QR kodlar yerləşdirilir – SƏBƏB


“Gəncədə ilk dəfə qurumuş ağacların elektron şəkildə nömrələnməsi və qeydiyyatı həyata keçirilib”.

Bu barədəGlobalinfo.az-a Dövlət Ekoloji Ekspertiza Agentliyinin idarə Heyətinin sədri Mirsalam Qənbərov məlumat verib.

Onun sözlərinə görə, yeni yanaşma çərçivəsində ağaclara QR kodlar yerləşdirilib və həmin məlumatlar www.agac.az elektron sisteminə inteqrasiya olunub:

“Vətəndaşlar sadəcə sayta daxil olmaqla hər bir ağacla bağlı məlumatlara – onun vəziyyəti, növü, götürülmə səbəbi və gələcəkdə yerində hansı ağacın əkiləcəyi ilə bağlı detallara asanlıqla çıxış əldə edə bilirlər. Layihənin əsas məqsədi şəhərdə və ümumilikdə ölkə üzrə ağacların mühafizəsini təmin etmək, şəffaflıq və ictimai nəzarəti gücləndirməkdir”.

Müsahibimizin verdiyi məlumata görə, artıq Gəncə şəhərində 500-dən çox qurumuş ağac inventarlaşdırılıb və xüsusi nişanlama ilə qeyd edilib:

mirsalam qemberov

Mirsalam Qənbərov

“Nömrələnmiş ağaclar qanunvericiliyə uyğun şəkildə götürüləcək və onların yerində payız mövsümündə yeni ağaclar əkiləcək. Yeni əkilən ağaclara QR kodlar yerləşdirilərək etiketlər vurularaq elektron bazada qeydiyyata alınacaq. Beləliklə, sui-istifadə halları, ağacların əsassız şəkildə kəsilməsi və yerində iz qoyulmaması kimi halların qarşısı alınacaq. Bu sistem həm yerli icra orqanlarına, həm də vətəndaşlara ağaclarla bağlı tam şəffaf məlumat əldə etmək, nəzarət etmək və uçot aparmaq imkanı verir. QR kod vasitəsilə vətəndaşlar istənilən ağac haqqında sistemdəki real vəziyyəti görərək hər hansı dəyişiklik və ya pozuntu olarsa, bunu aşkar edə biləcəklər”.

M.Qənbərov onu da bildirib ki, yeni yanaşma ağacların qorunmasında ciddi irəliləyiş kimi qiymətləndirilir və gələcəkdə digər şəhərlərdə də tətbiq olunması planlaşdırılır.

1111111111111111111111111111111111111


MANŞET XƏBƏRLƏRİ