Şəmistan Əlizamanlının yeni marşı çıxdı -VİDEO


Şəmistan Əlizamanlının yeni marşı çıxdı.

Turkustan.az xəbər verir ki, “Türkman marşı”nın sözləri kərküklü şair Sabah Karaaltına məxsusdur.

Şəmistan Əlizamanlı bildirib ki, musiqi əsərinin sözləri tanınmış kərküklü şair Sabah Karaaltına (1956-2006) məxsusdur: “Türkmanlar soykökü, qanı, dili, dini eyni olan can qardaşlarımızdır. İllərin həsrəti, ayrılığı bizi çox üzüb, indi şükürlər olsun ki, Azərbaycan və İraq münasibətləri elə səviyyəyə qalxıb ki, türkman qardaşlarımızla əlaqələrimiz getdikcə genişlənir. Bu ilin martında Bakıda QHT-lərə Dövlət Dəstəyi Agentliyinin xətti ilə "Türkman irsi: vətəndaş cəmiyyətlərinin həmrəyliyi” forumu keçirildi. Həmin forum mədəni əlaqələrimizin bərpası üçün böyük təkan oldu. Türkman irsinin yorulmaz tədqiqatçısı, filologiya elmləri doktoru, professor, Əməkdar elm xadimi Qəzənfər Paşayev “İraq-türkman poeziya antologiyası”nı tərtib edib, həmin antologiyanın redaktoru da professor Sübhi Saatçıdır. Həmin kitabda Sabah Karaaltının bir şeiri məni çox təsirləndirdi. Həmin şeirdə Təlafərdən, Məndəlidən bəhs olunur. Kitabda Qəzənfər Paşayev də izah verirdi ki, Təlafər İraqın Türkiyə sərhədində bir şəhərdir, Məndəli isə ölkənin lap cənubunda, İran sərhədinə yaxın bir türkman qəsəbəsidir. Türkmanlar bütün ölkə boyu bu iki məntəqə arasında məskunlaşıblar. Bu şeir mənə ilham verdi ki, onun musiqisini də bəstələyim. Nəticədə “Türkman marşı” ərsəyə gəldi. Düşünürəm ki, vaxtilə Kərkükün polis rəisi olan və sui-qəsd nəticəsində öldürülmüş polkovnik Sabah Karaaltının da ruhu sevinər. Mən bu musiqi əsərini əziz türkman qardaşlarımıza hədiyyə edirəm. Bu mahnıya klipin yaxın vaxtlarda Kərkükdə çəkilməsi planlaşdırılır”.

lent.az


MANŞET XƏBƏRLƏRİ