Qəbələdə ekoturizmin inkişafı müzakirə olundu - FOTOLAR


“Səma və Eko” Sosial İqtisadi İnkişafa Yardım İctimai Birliyi 05.08.2025-ci il tarixdə Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə Qəbələ rayonunun bir qrup ailələrinin nümayəndələri ilə “Regionlarda dayanıqlı ekoturizmin inkişafına dəstək” layihəsini nəzəri formatda davam etdirdi.

QHT.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan “Səma və Eko” Sosial İqtisadi İnkişafa Yardım İctimai Birliyinin sədri İradə Həsənova Qəbələ rayon sakinlərinə bir daha təlimdə nələr əldə etdiklərini izah etdi. Tədbirdə çıxış edən peşə mərkəzinin turizim sahəsi üzrə müəllim Jalə Mustafayeva bir daha turizmin inkişafı ilə bağlı təqdimat etdi. Eko turizmin inkişafına marağın artdığını, onun həm müsbət həm də də mənfi tərəflərini izah etdi.

Sonra sakinlər arasında üç qrup formalaşdırıldı. Birinci qrup kənd turizm ilə bağlı ümumi nələr edə biləcəkləri haqqında danışdılar. İkinci qrup bələdçiliklə bağlı və üçüncü qrup isə kənd evlərində turistlərə necə xidmət göstərməli ilə bağlı danışdılar.

Bələdçilik ilə bağlı iştirakçı Gülnarə Osmanova çıxış edərək bildirdi ki, Qəbələ rayonunda bələdçilik şirkəti yaradılmalı, gəncləri cəlb edərək onlara xüsusi təlimlər keçirilməlidir.

Turizm ilə bağlı Şəmsiyyə Alışanova qeyd etdi ki, ilk öncə qiymətlər düzgün tənzimlənməli, turizmlə bağlı geniş bir plan hazırlanmalı, xüsusi kitabçalar hazırlanmalı, gələn turistlərə Qəbələ rayonun gəzməli, görməli yerlərini düzgün şəkildə göstərmək lazımdır.

Kənd turizmlə bağlı Sevda Kərimova bildirdi ki, kənd evləri turistlər üçün hazırlanmalı, kənd məhsullarının satışını təmin etdirməli, gələn turistləri həmin ərazilərin gəzməli yerlərini gəzdirməli və bunlar üçün isə dövlət qurumlarının kənd sakinlərinə müəyyən dərəcədə köməklik göstərmələrini vurğuladı.

Hər üç qrupa layihə rəhbəri İradə Həsənova Qəbələ rayon Turizim İdarəsinə müraciət etməli və turizim ilə bağlı nələr edə biləcəklərini izah etdi. Eyni zamanda Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin direktor müavini Reyhan Məmmədova sakinlərə dövlət proqramı ilə bağlı müxtəlif töhfələr verdi, hətta dəstək üçün onların peşə mərkəzinə də müraciət edərlərsə, müxtəlif köməkliklər göstərilə bilər. Sonda Reyhan xanım belə bir layihəni məhz həmin kənddə keçirilməsinə görə həm Azərbaycan Respublikası Qeyri -Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə, həm “Səma və Eko” Sosial İqtisadi İnkişafa Yardım İctimai Birliyininə öz təşəkkürünü bildirdi. O qeyd etdi ki, belə layihələrin həyata keçirilməsi vacib məsələdir. Belə ki, bu layihə nəticəsində ekoturizmin inkişafı ilə bağlı insanlar müxtəlif məlumatlar əldə etdilər.

Müzakirə sakinlər arasında böyük marağa səbəb oldu və bir qrup iştirakçılar turizmin bəzi sahəələri üzrə şirkət qurmağı qərara aldılar.


MANŞET XƏBƏRLƏRİ