Yeni qayda: bu halda 40 manat cərimələnəcəksiniz


Son günlər sosial şəbəkələrdə və mediada avtomobil idarə edən şəxsin pəncərədən əlini çıxarması halında cərimələnəcəyi ilə bağlı xəbərlər yayılıb. Bu məlumatlar sürücülər arasında çaşqınlıq yaradıb və məsələnin qanuni əsasları ilə bağlı suallar doğurub.

Globalinfo.az-a danışan nəqliyyat eksperti Elməddin Muradlı deyib ki, İnzibati Xətalar Məcəlləsinə əsasən, sürücünün hər iki əlini sükan üzərindən çəkməsi inzibati məsuliyyət yaradır və bu hal 40 manat məbləğində cərimə ilə nəticələnə bilər:

“Əgər sürücü yalnız bir əlini pəncərədən çıxarıbsa və ya pəncərəyə qoyubsa, bu halda məsuliyyət yaranmır. Belə ki, məsuliyyət yalnız hər iki əl sükan üzərindən çəkildikdə tətbiq olunur. Bununla yanaşı, bu qayda estetik və təhlükəsizlik baxımından da əhəmiyyətlidir. Bəzi sürücülər qolunu pəncərədən çıxararaq təhlükəli vəziyyətlər yarada və ya əlində dəsmal tutaraq yolda diqqətsiz hərəkətlər edə bilirlər. Yol polisi məhz belə halların qarşısını almaq və sürücülərin diqqətinin yolda olmasını təmin etmək məqsədilə bu qaydanı tətbiq edir”.

Ekspertin sözlərinə görə, xüsusilə mexaniki nəqliyyat vasitələrini idarə edən sürücülər üçün hər iki əlini sükan üzərində saxlamaq daha vacibdir:

“Çünki belə vasitələri yalnız bir əllə idarə etmək çətinlik yaradır. Yol polisi sürücülərə tövsiyə edir ki, təhlükəsizlik və rahatlıq üçün hər iki əl sükan üzərində olsun və biz də bu tövsiyəni tam dəstəkləyirik”.


MANŞET XƏBƏRLƏRİ