“Bir sual, bir cavab” rubrikamızda növbəti sual fərdi yaşayış evlərinin tikinti üçün müvafiq qurumdan icazə almaqla bağlıdır.
Yaşayış evinin tikintisinə başlamaq istəyənlərin ən çox üzləşdikləri problem icazə məsələsilə bağlıdır. Belə ki, vətəndaşlar bir çox hallarda ev tikmək üçün hara müraciət etməli olmaları barədə məlumatsız olurlar.
Maraqlıdır, yaşayış evi tikmək üçün hansı hallarda icazə alınmalıdır?
Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 80-ci maddəsinə əsasən məlumatlandırma icraatı tətbiq edilən, yəni mülkiyyətində, icarəsində və ya istifadəsində olan torpaq sahəsində təyinatı üzrə yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan yaşayış evlərinin tikintisi üçün xüsusi icazə tələb olunmur./lent.az