Zaxarova: Rusiya nümayəndə heyəti atəşkəs təklifləri ilə İstanbula gedəcək


Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın şərhinə görə, Rusiya prezidentinin köməkçisi Vladimir Medinskinin başçılıq etdiyi Rusiya nümayəndə heyəti Ukrayna ilə birbaşa danışıqların ikinci raundu üçün iyunun 2-də İstanbula gələcək.

Turkustan.az xəbər verir ki, Zaxarova aşağıdakı açıqlamanı verib:

"Biz təsdiq edirik ki, Rusiya prezidentinin köməkçisi Vladimir Medinskinin başçılıq etdiyi Rusiya nümayəndə heyəti yuxarıda qeyd olunan danışıqların ikinci raundunu keçirmək üçün iyunun 2-də İstanbulda olacaq. O, memorandum layihəsi və atəşkəslə bağlı digər təkliflərlə gələcək"-deyə, diplomat bildirib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ