HƏMAS BMT-dən tələb etdi: İsrailin hücumlarını dayandırın!


HƏMAS BMT Təhlükəsizlik Şurasından (BMT TŞ) "İsrailin hücumlarını dayandırmağı və blokadanı yarmağı" tələb edib.

Turkustan.az xəbər verir ki, HƏMAS yazılı açıqlamada İsrailin son üç aydır Qəzza zolağına tətbiq etdiyi ağır blokadaya və bütün əhalini əhatə edən aclığa diqqət çəkib.

“Qıtlıq Qəzzada uşaqları məhv edir və gələn yardım humanitar ehtiyac okeanında sadəcə bir damladır”. Bəyanatda Həmas BMT Təhlükəsizlik Şurasının “İsrailin hücumlarını dayandırmağa və blokadanı yarmağa” çağırıb.

HƏMAS-ın bəyanatı Ərəb və İslam dünyasını Qəzzaya yardım göstərmək, fələstinliləri dəstəkləmək və aclıq siyasətinə son qoymaq üçün təcili müdaxilə etməyə çağırıb.

Qəzzada aclığın silah kimi istifadə edildiyinə və amansız qırğınların davam etdiyinə diqqət çəkən bəyanatda, “Aclığın dərinləşməsi və yayılması ilə Qəzza zolağında humanitar vəziyyətin kritik mərhələyə keçdiyi” ifadə edildi.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ