Restoranlarda verilən qurbağa əti ilə bağlı - Açıqlama


“Qurbağa əti kimi qidaların menyulara daxil edilməsinin 3 əsas əlaməti var - iqlim şərtləri, iqlimdən doğan etnoqrafik vərdişlər və qida ənənələri”.

Turkustan.az “Qafqazinfo.az”a istinadən xəbər verir ki, bunu Azərbaycan Dövlət Turizm Agentliyinin Qastro Turizm bölümünün rəhbəri Səkinə Əsgərova deyib.

Səkinə Əsgərova son zamanlarda ölkədəki restoranlarda qurbağa ətinin verilməsini şərh edərkən bildirib ki, bu kimi qidaların restoranlarda təklif edilməsi texnologiya ilə bağlıdır:

“Ənənəvi qastronomika artıq dəyişib. Bu da aşpazların trendləridir. Qurbağa əti bir çox ölkələrin milli mətbəxidir. Lakin burada iqlim əsas şərtdir. Eyni zamanda genetik uyğunluq və davamlılıq da önəmlidir.Tələbata uyğun olaraq restoranlar məmnunluğu təmin edir”.

Xatırladaq ki, həkimlərin fikrincə, qurbağa ətinin tərkibində ciddi parazitlər, bakterial infeksiyalar var. Qurbağa daha çox çirkli sularda yaşadığı üçün salmonella, ayremonas kimi infeksiyalarla zəngin olur. Eyni zamanda tərkibində güclü, öldürücü xüsusiyyətə malik olan zəhərli maddələr var. Qurbağa əti həddindən artıq allergik reaksiyaya, hətta anaflaktik şoka qədər gətirib çıxara bilər.


MANŞET XƏBƏRLƏRİ