Kazino və ya mərc oyunları biznesinin uğuru heç kimə sirr deyil. Kazino biznesinin leqal olduğu ABŞ və bir sıra Avropa dövlətlərinin hər birində qumar sənayesinə öz yanaşması və tənzimləmə sistemi mövcuddur.
“Qafqazinfo” xəbər verir ki, bu barədə ARB TV-nin süjetində qeyd olunub.
Bildirilib ki, bu sahədən əldə olunan gəlirlərin məbləği də kifayət qədər çoxdur. Belə ki, Gürcüstanı bu mənada qonşu ölkə kimi nümunə götürə bilərik. Orada turizm üçün kazino oyunları mühüm bir sektor halına gəlib. Statistik məlumatlara görə, qumar biznesindən əldə edilən gəlir 2018-ci ildə 156 milyon, 2019-cu ildə 145 milyon, 2020-ci ildə isə 111 milyon dollardan çox olub
Kazino fəaliyyəti, həmçinin Belarus, Rusiya və Qazaxıstanda da var.
Daha ətraflı süjetdə: