Qafqazda böyük çevriliş planının arxasında kim var? – “İlk dəfə deyil…”


“ABŞ Dövlət Departamenti Vaşinqtonun Gürcüstanda çevriliş etməyi planlaşdırması xəbərini absurd adlandırıb”.

Turkustan.az xəbər verir ki, Dövlət Departamenti adından çıxış edən Metyu Miller yayılan informasiyanın tam yalan olduğunu deyib.

O, Rusiya tərəfindən belə xəbərlərin ilk dəfə yayılmadığını söyləyib. O, həmçinin Gürcüstan ərazisinin 20%-ni işğal edən Rusiyanın belə absurd iddialar irəli sürməsini ironiya adlandırıb.

Qeyd edək ki, Rusiya Xarici Kəşfiyyatı bundan öncə ABŞ-ın Gürcüstanda çevriliş etməsi haqqında məlumat yaymışdı. Moskva ABŞ-ın planına bunun oktyabrın 26-da keçiriləcək seçkidən sonra gerçəkləşdirilməsinin daxil olduğunu bildirmişdi. /globalinfo.az/


MANŞET XƏBƏRLƏRİ