“NATO Rusiya ilə qarşıdurmaya hazırlaşmalıdır”.
Turkustan.az xəbər verir ki, bu barədə NATO Müdafiə Kollecinin (NDC) son icmalında qeyd olunub.
“Rusiyanın inteqrasiya olunmuş dəniz gücünün inkişafı onun siyasətinin əsas xüsusiyyətidir. Bu, Kremlin geoiqtisadi qarşıdurma dövründə özünü lider kimi göstərməsinə imkan verir”, – deyə bildirilib.
NATO analitikləri əlavə ediblər ki, potensial böhran ssenariləri çox vaxt Baltik dənizindən Qara dənizlərinə qədər tək bir strateji istiqamətdə eskalasiyaya yönəlib.
Qeyd edək ki, bundan əvvəl Alyansın baş katibi Mark Rutte “Babalarımızın yaşadığı müharibəyə bənzər bir müharibəyə hazırlaşmalıyıq”, deyə bildirmişdi./Globalinfo.az