“Bir qarış torpaq da erməni işğalında qalmamalıdır, anklav kəndləri də..." – AÇIQLAMA


Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Dövlət Sərhəd Xidməti Qazaxın işğal altında olan 7 kəndindən anklav olmayan 4-nü - Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılını nəzarətə götürüb. Belə ki, Azərbaycan-Ermənistan sərhədinin bu ərazidə 12,7 km-lik hissəsi delimitasiya olunub və müəyyən edilən sərhədə sərhədçilər yerləşib.

Azərbaycanlıların yaşadığı anklav olan 3 kənd isə Ermənistan ərazisində qaldı. Əvvələr azərbayanlıların yaşadığı bu kəndlərində Azərbaycana qaytarılması planlaşdırılımı?

Mövzu ilə bağlı politoloq Elxan Şahinoğlu Turkustan.az-ın suallarını cavablandırıb.

İranın "həssaslığının" heç bir əhəmiyyəti yoxdur" - ELXAN ŞAHİNOĞLU

Politoloq bildirib ki, “İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanın işğal altında olan kəndlərinin qaytarılması mövzusu həmişə aktual olub və müzakirə mövzusu olub. Ermənistan tərəfi əvvəlcə bu mövzuya yaxın durmaq istəmirdi, amma şifahi verilmiş razılıq var idi. Ona görə hal hazırda sərhədlərin müəyyənləşməsi zamanı artıq kəndlərimiz geri qaytarılıb. Bunu Azərbaycanın xarici siyasətinin uğuru hesab etmək olar. Hər iki sərhəd müəyyən edilib, həm də kəndlərimiz geri qaytarılıb. Bu kəndlərdə yenidən həyat olacaq, sakinlərimiz yenidən ora qayıdacaq. Növbəti mərhələdə digər kəndlərimizin də işğaldan azad edilməsi məsələsi gündəmdədir. Düzdür, indiki kimi tez baş verməsə də, bu da müzakirə mövzusu olacaq. Bir qarış torpaq da erməni işğalı altında qalmamalıdır. Bu Azərbaycan hakimiyyətinin prinsipial mövqeyi, siyasətidir”.

Politoloq əlavə olaraq bildirib ki, “Bundan başqa, Ermənistanla danışıqlar intensivləşib və Ermənistanın baş naziri Nikol Paşinyan artıq başa düşür ki, onun Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmaqdan başqa alternativi yoxdur. Amma münasibətləri normallaşdırmaq üçün sərhədləri müəyyən etmək, kəndlərimizi qaytarmaq, Zəngəzur dəhlizini aktivləşdirmək və yeni konstitusiya qəbul etmək lazımdır. Azərbaycan və Türkiyədən ərazi iddiası olmasın. Və nəhayət ki, sülh çərçivə sazişinin imzalanması da vacibdir ki, bu il ərzində bunun da reallaşması artıq mümkün görünür”.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ