Macarıstanın paytaxtı ABŞ prezidenti Donald Tramp və Rusiya lideri Vladimir Putin arasında növbəti görüş üçün məkan olacaq, lakin Avropa ölkələrinin hava məkanını keçməsi ilə bağlı risklərə görə Budapeştə çatmaq Putin üçün asan olmayacaq.
Turkustan.az xəbər verir ki, bu barədə Sky News məlumat yayıb .
Macarıstan Beynəlxalq Cinayət Məhkəməsinə üzv olmasına baxmayaraq, onu “siyasi məhkəmə” adlandıraraq, bu qurumdan çıxmaq prosesindədir.
Bu, ölkəyə ICC-nin Putinin həbsinə dair orderinə əməlli-başlı məhəl qoymamağa imkan verir ki , bu da əvvəllər Baş nazir Benyamin Netanyahu üçün olduğu kimi Budapeşti onun üçün təhlükəsiz edir.
Beynəlxalq hüquqa görə, Macarıstan Putini Trampla görüşə gələn kimi dərhal həbs etməli idi. Kreml lideri genişmiqyaslı işğal zamanı ukraynalı uşaqları qaçırmaqda ittiham edilərək Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən axtarışa verilib.
Bununla belə, Putinin Macarıstana yolu mürəkkəbdir. Türkiyə və ya Balkanlar üzərindən dolanmadan o, Polşa, Rumıniya və ya Baltikyanı ölkələr də daxil olmaqla, təyyarəsini məcburi yerə endirməyi düşünə biləcək dövlətlərin üzərindən uçmalı olacaq.
Bu səfər baş tutarsa, Putinin 2022-ci ilin fevralında Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı müharibəsinin başlamasından sonra Aİ ölkələrinə ilk məlum səfəri olacaq. Əvvəllər o, yalnız Monqolustan, Çin və Şimali Koreyaya səfər edib.
Aytən Yaşar/ Turkustan.az