Ağ Ev: Trampın və Amerika xalqının müharibəyə görə səbri tükənir


Ağ Ev bildirib ki, ABŞ prezidenti Donald Tramp sülhə nail olmaq üçün “çox səylə” çalışmaqda davam edir, lakin amerikalıların Rusiyanın Ukraynaya qarşı müharibəsinə səbri “tükənir”.

Turkustan.az xəbər verir ki, bu barədə Ağ Evin sözçüsü Karolin Levitt “Fox News” telekanalında bildirib.

Rəsmi xatırladıb ki, Donald Tramp oktyabrın 17-də Ağ Evdə Ukrayna prezidenti Vladimir Zelenskini qəbul edib və bundan əvvəl Kreml lideri Vladimir Putinlə uzun söhbət edib.

" Birləşmiş Ştatların prezidenti bu müharibənin hər iki tərəfinə onun çox uzun müddət davam etdiyini söylədi. Çoxlu sayda günahsız insan öldürüldü. Amerika Birləşmiş Ştatları isə bu müharibədən çox yorulmağa başlayır", - Leavitt deyib.

Onun sözlərinə görə, Rusiya və Ukrayna “yerdəki reallıqları” tanımalı və “sülh razılaşması əldə etməlidir”.

"Çünki prezident Trampın, eləcə də Amerika xalqının bu müharibəyə səbri tükənir", - Ağ Evin sözçüsü vurğulayıb.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ