Banqladeşin paytaxtı Dəkkədəki Şahcəlal Beynəlxalq Hava Limanının yük terminalında baş verən yanğın səbəbindən bütün uçuşlar dayandırılıb.
Turkustan.az xəbər verir ki, Banqladeşdə beynəlxalq hava limanında yanğın baş verib.
Paytaxt Dəkkədəki Şahcəlal beynəlxalq hava limanının yük terminalında yanğın baş verib.
Hava limanının rəsmisi Məsudul Həsən bildirib ki, yanğınla əlaqədar hava limanının fəaliyyəti müvəqqəti olaraq dayandırılıb.
Banqladeş Yanğın və Mülki Müdafiə Departamentinin Media Bölməsindən Talha Bin Zasim bildirib ki, söndürmə işlərinə 36 yanğınsöndürmə qrupu cəlb olunub.
Yanğının baş vermə səbəbləri ilə bağlı hələlik açıqlama verilmir.
Aytən Yaşar/ Turkustan.az