"Rusiya Azərbaycandan Ukraynaya silah tədarükü ilə bağlı erməni uydurmalarına inanmır"


Rusiya Azərbaycandan Ukraynaya silah tədarükü ilə bağlı erməni uydurmalarına inanmayıb.

Turkustan.az-ın məlumatına görə, Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova bugünkü həftəlik brifinqdə erməni jurnalistin sualını cavablandırarkən qeyd edib ki, Moskva bu məsələ ilə bağlı Azərbaycanla sıx təmasdadır.

“Azərbaycan tərəfi qeyd olunan mesajı rəsmən təkzib edib. Biz bu məsələdə, nəinki Azərbaycan tərəfi ilə, eləcə də silah tədarükünü açıq şəkildə bəyan edən Qərb dövlətləri istisna olmaqla, bütün digər ölkələrlə sıx əlaqə saxlayırıq”, – deyə Zaxarova o qeyd edib.

Zaxarovanın sözlərinə görə, Ukraynaya potensial silah tədarükü ilə bağlı bütün məlumatlar Rusiyanın müvafiq idarələri tərəfindən diqqətlə yoxlanılır. /konkret.az/


MANŞET XƏBƏRLƏRİ