Makron: "ABŞ-dan daha az asılı olan müdafiə strategiyası qurmalıyıq"


Avropanın təhlükəsizlik strategiyası ilə bağlı açıqlamaları ilə gündəmə gələn Fransa prezidenti Emmanuel Makron Avropanı “ABŞ-dan daha az asılı olan müdafiə strategiyası qəbul etməyə” çağırıb.

Turkustan.az xəbər verir ki, Parisdəki Sorbon Universitetində çıxış edən Makron xəbərdarlıq etdi ki, “oyun qaydalarının dəyişdiyi bir dünyada Avropa risklərə qarşı silahlanmış deyil”. “Avropamız bu gün ölümcüldür və ölə bilər. "Bu, yalnız bizim seçimlərimizdən asılıdır" deyən Makron, "Avropa göstərməlidir ki, heç vaxt ABŞ- ın pariyası olmayıb". Birliyin kibermüdafiə, təhlükəsizlik və iqtisadiyyat sahələrində muxtar olması lazım olduğunu deyən Fransa lideri Makron, dəyişən dünyaya uyğun olaraq ticarətlə bağlı qaydaların yenidən nəzərdən keçirilməsi lazım olduğunu bildirib. Makronun çıxışındakı vurğu onun partiyasının iyunda keçiriləcək Avropa Parlamenti seçkilərində dəstəyini itirdiyini göstərən sorğulardan sonradır.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ