Putinin həbs etdirdiyi məmurun inanılmaz sərvəti - FOTOLAR


Ryusiyanın keçmiş müdafiə nazirinin müavini Timur İvanovun daha bir dəbdəbəli villasının görüntüləri yayılıb.

Turkustan.az xəbər verir ki, bu barədə Mash adlı telegram kanalı məlumat yayıb.

Tver vilayətində yerləşdiyi deyilən villanın 2 milyard rubl dəyərində olduğu bildirilir.

İnternet resursunun məlumatına görə, mülk Volqanın sahilində yerləşən Pankratovo kəndində yerləşir. Təxminən 3 min kvadratmetr sahəsi olan əsas binada zal, yemək otağı, iki yataq otağı, 40 metr uzunluğunda vanna otağı və üç qarderob var. Bundan əlavə, əsas binaya 8 yataq otağının olduğu iki qanad əlavə edilmişdir. Zirzəmidə isə mebel, eləcə də müxtəlif məhsulların saxlanması üçün nəzərdə tutulmuş dörd anbar var. Bundan əlavə, mülkün ərazisində öz fəvvarəsi olan park da yerləşir. /qaynarinfo.az/

Maraqlıdır ki, mülk məşhur Znamenskoye-Rayok malikanəsinə bənzər yaradılmışdır.

Məlumatda deyilir ki, torpaq 2019-cu ildə nazir müavini ilə bağlı olan, yaxın dostu Borodin tərəfindən təsis edilmiş şirkət tərəfindən alınıb.

Qeyd edək ki, bir neçə gün əvvəl Rusiyanın Müdafiə Nazirinin müavini Timur İvanovun korrupsiya ittihamı ilə saxlanılması və Lefortovo istintaq təcridxanasına yerləşdirildi haqqında məlumat yayılıb. Yerli mətbuatda yayılan məlumatlarda bildirilir ki, sabiq məmur və onun həyat yoldaşının adına onlarla ev, obyekt və torpaq sahələri aşkarlanıb.


MANŞET XƏBƏRLƏRİ