Bu ölkənin nümayəndələri də Azərbaycanla sərhədə gəldi: Aİ missiyasına qoşuldu


Danimarkadan olan nümayəndə heyəti Aİ-nin Ermənistandakı monitorinq missiyasına – Gorusdakı patrul xidmətinə qoşulub.

Turkustan.az xəbər verir ki, bu barədə missiyanın “X” səhifəsində məlumat verilib.

“Danimarkanın Sülh və Demokratiya üçün Yerləşdirmə Mərkəzinin (DFPD) nümayəndə heyəti Aİ-nin Monitorinq Missiyasının (EUMA) Gorusdakı əməliyyat ofisində oldu və vəziyyətlə bağlı ətraflı məlumat əldə etmək üçün bölgədəki patrullara qoşuldu. Danimarka nümayəndə heyətinə missiyaya ardıcıl dəstəyinə görə təşəkkür edirik”, - məlumatda deyilir. (publika.az)


MANŞET XƏBƏRLƏRİ