İraqda qaz obyektinə hücum: 4 işçisi həlak olub


İraqın Süleymaniyyə şəhərindəki Kormor Qaz Qurğusuna pilotsuz uçuş aparatının (PUA) hücumu nəticəsində 4 yəmənli əməkdaşın həlak olduğu bildirilib.

Turkustan.az xəbər verir ki, İraq Kürd Regional Rəhbərliyinin (KRG) hökumət sözçüsü Peşava Hevramani Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) yerləşən enerji şirkəti Dana Gas-ın idarə etdiyi Kormor Qaz Qurğusuna İHA-nın hücumu ilə bağlı yazılı açıqlama verib.

Hevramani, "Şər niyyətli əllər bir daha terror hücumu ilə Kormor Qaz Qurğunu hədəf aldı. Təəssüflər olsun ki, hücum nəticəsində 4 yəmənli işçi həyatını itirdi, qaz sahəsində isə böyük dağıntı və maddi ziyan meydana gəldi. Bu, Hücum elektrik istehsalında da fasilələrə səbəb olacaq”.

KRG Təbii Sərvətlər və Elektrik Nazirliklərinin birgə bəyanatında hücuma görə elektrik enerjisi istehsalında 2500 meqavat azalma olduğu qeyd edilib.

Obyekt yanvarın 25-də İHA hücumunun və əvvəlki illərdəki raket hücumlarının hədəfi olub.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ