Azərbaycanda süni intellekt mütəxəssisi rektor müşaviri təyin edildi


Sumqayıt Dövlət Universitetinə (SDU) rektor müşaviri təyin olunub.

Bu barədə Sumqayıt Şəhər İcra Hakimiyyətindən məlumat verilib.

Bildirilib ki, “Mercedes-Benz Consulting” şirkətinin süni intellekt üzrə baş məsləhətçisi, Berlin Texniki Universitetinin süni intellekt üzrə doktorantı, Dövlət Proqramı məzunu Günay Kazımzadə SDU-nun “SABAH Magistratura Proqramları” üzrə rektor müşaviri təyin olunub. /Cebhe.info/


MANŞET XƏBƏRLƏRİ