Aİ ölkələrinin 2023-cü ildə müdafiə statusu verəcəyi qaçqınların sayı açıqladı


Aİ ölkələri 2023-cü ildə 409 min 485 qaçqına mühafizə statusu verib. Bu, 2016 və 2017-ci illərdə Suriyada müharibə ilə bağlı qaçqın böhranından sonra qeydə alınan ən yüksək rəqəmdir. Əvvəlki illə müqayisədə 7 faiz artım müşahidə olunub.

Turkustan.az xəbər verir ki, mühafizə statusu verilən sığınacaq axtaranların 43 faizi qaçqın statusu, 35 faizi ikinci dərəcəli müdafiə, 22 faizi isə humanitar status alıb.

2023-cü ildə Aİ-dən müdafiə statusu alanların əksəriyyəti müvafiq olaraq suriyalılar (130 min nəfər), əfqanlar (73 min 440 nəfər) və venesuelalılar (42 min 665) olub. Bu ölkələri Somali (11 min 675) və Ukrayna (10 min 340) izləyib.

2023-cü ildə ən çox müdafiə statusu verən ölkələr Almaniya (151 min 505, Aİ-nin ümumi sayının 37%-i), Fransa (55 min 220, 13%) və İspaniya (52 min 950, 13%) olub.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ