İsraildən Livana hava hücumu


İsrail Livanın Beka Vadisi bölgəsinə hava zərbəsi endirib. Hücum zamanı Livan Sünni Camaat əl-İslami Hərəkatının yüksək səviyyəli lideri Musab Halaf öldürülüb.

Turkustan.az xəbər verir ki İsrail ordusu Livanın Beka Vadisi bölgəsinə endirdiyi hava hücumunda Camaat əl-İslami lideri Musab Halafın öldürüldüyünü iddia edib.

Ordu sözçüsü tərəfindən verilən açıqlamaya görə, Livanın Sünni Camaat əl-İslami Hərəkatının yüksək rütbəli lideri Halaf Livanın Suriya sərhədi yaxınlığındakı Beka Vadisi bölgəsindəki Meydun kəndinə döyüş təyyarələrinin hücumu nəticəsində həlak olub.

İsrail , Camaat əl-İslaminin Livandakı fəaliyyətlərində Həmas ilə koordinasiya etdiyini iddia etdi .

Livanın rəsmi agentliyi NNA da İsrail döyüş təyyarələrinin bölgəni bombaladığını, lakin ölən və ya yaralananlarla bağlı heç bir məlumat paylaşmadığını bildirib.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ