Mətbəxdə yeni təhlükəyə diqqət yetirin: Fritoz bomba kimi partladı - FOTO


Son zamanlar mətbəxlərin vazkeçilməz hissəsinə çevrilən fritoz qorxu və panika yaradıb. Bomba kimi partladı.

Turkustan.az xəbər verir ki, Şotlandiyada yaşayan Marqaret Fleminq adlı qadın son zamanların ən məşhur məişət texnikalarından biri olan fritoz ilə xəmir bişirmək istəyərkən az qala öləcəkdi.

Cümə günü axşam evdə televizor qarşısında sakitcə yemək yeyən və tort bişirmək üçün planlar quran qadın aerofritka ilə tort hazırlamağa çalışsa da, texnoloji cihazın partlaması nəticəsində planları alt-üst olub.

Yaşlı qadın ətli piroq hazırlamaq üçün açdığı hava qızartma qurğusunu işə saldıqdan bir neçə dəqiqə sonra güclü partlayışdan ürküb. Mətbəxə girəndə Fleminq şoka düşüb.

Cihazın alovlanaraq əridiyini görən qadının mətbəxi də dağılıb. Qadın dərhal yanğınsöndürmə qruplarına xəbər verib və başına gələnləri yerli mediaya danışıb.

"Televizora baxarkən bir az ac olduğumu anladım, ona görə də xəmiri qızdırmaq üçün fritozə qoydum. Qonaq otağına qayıtdıqdan bir neçə dəqiqə sonra həyəcan siqnalı çaldı və bütün elektriklər söndü". Fleming bildirib. Yanğınsöndürmə briqadasının tez gəlib vəziyyətə müdaxilə etdiyini deyən yaşlı qadın bu cür cihazlarda risk olduğunu deyib və ekspertlərdən onun evinə baxış keçirilməsini istəyib.

Mətbəxdə yeni təhlükəyə diqqət yetirin! Airfryer bomba kimi partladı - Şəkil: 1

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ