ABŞ-dan Rusiya əleyhinə hərbi addım: 67 milyard dollar...


ABŞ müdafiə naziri Lloyd Austin uzunmüddətli perspektivdə Ukraynaya 6 milyard dollarlıq yeni əlavə hərbi yardım paketinin veriləcəyini açıqlayıb.

Turkustan.az xəbər verir ki, ABŞ-ın müdafiə naziri Lloyd Ostin Pentaqonda ABŞ Baş Qərargah rəisi Çarlz Q. Braun ilə mətbuat konfransı keçirib.

Video konfrans vasitəsilə iştirak etdiyi Ukrayna Müdafiə Əlaqələri Qrupu iclasından sonra danışan Austin, "Ukrayna Təhlükəsizliyinə Yardım Təşəbbüsü vasitəsilə ABŞ sənayesindən Ukraynaya yeni dəstək verməyə imkan verəcək əlavə 6 milyard dollarlıq öhdəliyi elan etməkdən məmnunam" dedi.

Austin, 6 milyardlıq əlavə təhlükəsizlik yardımı paketinə Ukraynanın Patriot və NASAMS hava hücumundan müdafiə sistemləri üçün kritik tutucular, daha çox pilotsuz uçuş aparatları sistemləri və dəstək avadanlığı, əhəmiyyətli miqdarda artilleriya sursatları və havadan yerə döyüş sursatları və texniki xidmətin daxil olacağı məlumatını paylaşdı.

Ukraynaya hərbi yardım materiallarının çatdırılmasının ABŞ-dakı istehsal sənayesinin sürətindən asılı olduğunu bildirən Austin, bu paketlə təkcə Ukraynanın müdafiəsinə deyil, ABŞ-dakı sənayenin tutumuna da sərmayə yatırdıqlarını vurğulayıb.

Ostin həmçinin 61 milyard dolları Ukraynaya hərbi yardım, 26 milyard dolları isə İsrailə hərbi yardım daxil olmaqla 95 milyard dollarlıq ümumi xarici yardım paketini təsdiqlədiyi üçün Konqresə və ABŞ prezidenti Co Baydenə təşəkkür edib.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ