Ermənistan Azərbaycanda keçiriləcək COP29-a dəvət olunacaqmı? – AÇIQLAMA


Hər il fərqli bir ölkənin ev sahibliyi etdiyi 29-cu "Tərəflərin Konfransı (COP)" noyabrın 11-dən 24-dək Bakıda keçiriləcək.

Bəs Azərbaycan Ermənistanı bu tədbirə dəvət edəcəkmi? Edəcəyi təqdirdə Ermənistan bu dəvəti qəbul edəcəkmi?

Bu mövzu haqqında siyasi şərhçi Əziz Əlibəyli Turkustan.az-ın suallarını cavablandırıb.

Əziz Əlibəyli:

Ə.Əlibəylinin fikrincə “təbii ki, Azərbaycan Ermənistanı dəvət edəcək. COP Azərbaycanın beynəlxalq reputasiyası, sülh tərəfdaşlığı proqramı və Ermənistanla münasibətlər üçün əla fürsətdir.

Bu arada, cənab Prezidentin COP ilə bağlı mesajları sülhə yönəlikdir. O qeyd edib ki, COP reallaşana qədər sülh olmasa belə, noyabr ayında Ermənistanla niyyət protokolu imzalaya biləcəklərinə əmindir. Ona görə də Ermənistanın bu tədbirdə iştirakını arzulayıram. Yəni bu iştirak sayəsində Ermənistan Azərbaycanla münasibətlərinin intensivliyini və mübadilə səviyyəsini artıra bilər.

Bilmirəm, Ermənistanın baş naziri bu görüşdə iştirak etmək üçün məsələlərə kifayət qədər geniş baxış keçirə biləcəkmi? Amma ola bilsin, ki, ekologiya naziri və ya, digər müvafiq parlament komissiyası iştirak etsin. Onların da çərçivəsində təmsil olunması normaldır”.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ