Böyük Britaniya: "Qırmızı dəniz sahillərində gəmi raketlə vuruldu"


Britaniya Gəmiçilik Təşkilatı (UKMTO) Yəmənin cənub-qərbindəki Meha şəhəri sahillərində gəmiyə raket hücumu həyata keçirildiyini açıqlayıb.

Turkustan.az xəbər verir ki, UKMTO-nun X sosial şəbəkə hesabından edilən yazılı açıqlamada Qırmızı dənizdə Mehadan 14 mil uzaqlıqda bir gəmiyə 2 dəfə hücum edildiyi qeyd edilib.

İlk hücumun gəminin yaxınlığında edildiyi, 2 raketlə həyata keçirilən ikinci hücumun isə gəmiyə ziyan vurduğu bildirilib.

Gəminin bayrağı və dəyən ziyanla bağlı məlumat verilməyib.

Sözügedən gəmiyə hücuma görə məsuliyyəti İranın dəstəklədiyi husilər öz üzərinə götürüb.

Açıqlamada “İngiltərənin “Andromeda Star” neft gəmisinin Qırmızı dənizdə raketlərlə vurulduğu” qeyd edilsə də, təfərrüat verilməyib.

Digər tərəfdən Husilərin Hərbi Sözçüsü Yəhya Seri televiziya çıxışında ölkənin şimalındakı Səda şəhərində Amerikaya məxsus pilotsuz uçuş aparatının (PUA) vurulduğunu açıqlayıb.

Seri MQ-9 tipli İHA-nın raketlə vurulduğunu və Səda səmasında vurulduğunu bildirib.

Seri Qəzzada blokada və hücumlar bitənə qədər hərbi "əməliyyatları" davam etdirəcəklərini vurğulayıb. Məsələ ilə bağlı ABŞ-dan heç bir açıqlama verilməyib.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ