Rusiya rəsmi olaraq 2 ölkəyə dəstəyini açıqladı


Rusiya xarici işlər naziri Sergey Lavrov NATO-nun müdafiə ittifaqı olması ilə bağlı deyilənlərin yalan olduğunu bildirib və “NATO üçün Asiya Sakit Okean kifayət deyil, Latın Amerikasına doğru irəliləyirlər” deyib.

Turkustan.az xəbər verir ki, Lavrov və Rusiyada səfərdə olan Boliviyanın xarici işlər naziri Celinda Sosa Lunda paytaxt Moskvada görüşüb. İki nazir görüşdən sonra birgə mətbuat konfransı keçirib.

Lavrov Latın Amerikasındakı problemlərin təcili həllinin tərəfdarı olduqlarını və ABŞ-ın Kubaya qarşı iqtisadi blokadaya son qoyması lazım olduğunu bildirib.

Lavrov, "Biz Boliviya ilə birlikdə bəzi xarici güclərin Latın Amerikası ölkələrinin, xüsusilə Venesuela və Nikaraquanın daxili işlərinə qarışma cəhdlərinə qarşıyıq" dedi.

Argentinanın Boliviya sərhəddində hərbi varlığını gücləndirməsini və NATO ortağı olmaq istəyini qiymətləndirən Lavrov, "NATO-nun müdafiə ittifaqı olması ilə bağlı deyilənlər yalandır. Asiya Sakit Okean onlara kifayət etmir, Latın Amerikasına doğru irəliləyirlər. Dünyanın bir çox ölkələri “bununla bağlı təhdidləri və bu vəziyyətdən NATO-nun maraqlarına uyğun istifadə ediləcəyini anlayır”.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ