İsrail: "İki Hizbullah üzvü öldürüldü"


Hizbullah İsraillə toqquşmalarda daha 2 üzvünün öldürüldüyünü açıqlayıb. 2023-cü il oktyabrın 8-dən İsraillə qarşıdurmalarda həlak olan Hizbullah üzvlərinin sayı 287-yə yüksəlib.

Turkustan.az xəbər verir ki, Hizbullah Livanın cənub sərhədində İsrail ordusu ilə toqquşmalarda daha iki üzvünün öldürüldüyünü açıqlayıb.

İranın dəstəklədiyi Hizbullah Livanın cənubunda İsraillə toqquşmalarda itkiləri ilə bağlı yazılı açıqlama verib.

Açıqlamada qarşıdurma zamanı 2 Hizbullah üzvünün öldürüldüyü qeyd edilib.

2023-cü il oktyabrın 8-dən İsraillə qarşıdurmalarda həlak olan Hizbullah üzvlərinin sayı 287-yə yüksəlib.

Bundan əlavə, toqquşmalarda Livandan 56 mülki şəxs, 18 Əməl Hərəkatı, 13 Həmas, 12 İslami Cihad üzvü, 7 mülki İsrail vətəndaşı və 12 əsgər həlak olub.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ