Azərbaycana görə üz-üzə qaldılar - Şolzdan Makrona qarşı sürpriz həmlə


Azərbaycanın etirazından sonra sülh prosesindən çıxan Fransanın yerini Almaniya tutmağa başlayıb.

Turkustan.az xəbər verir ki, bunu erməni politoloq Şahan Qantaharyan deyib.

"Şolz danışıqlar masasında Makronu əvəz edir. Parisin bəyanatları və davranışları Bakının Fransanın vasitəçiliyindən imtina etməsinə səbəb oldu. Bir tərəfdən də, Avropadaxili duruma baxmaq lazımdır, regionda yüksək mövqelərdə olmaq uğrunda Paris-Berlin rəqabəti var. Daha qlobal baxımdan isə bu, Qərbdə rolların bölüşdürülməsi ilə bağlıdır. Bu yarış və ya rolların bölüşdürülməsinin nəticəsi regionda Rusiya faktorunun sıxışdırılmasıdır", - ekspert bildirib.

Qantaharyan Zəngəzur dəhlizinə olan qlobal marağın da Qərb, Rusiya və İranı bölgədə üz-üzə qoyduğunu söyləyib:

"Zəngəzur istiqamətində geosiyasi maraq var. Avropa Birliyi, İran və Rusiya ABŞ-nin nəzarətçi baxışları altında Zəngəzurda bir-birlərini tarazlayırlar. Ona görə də hazırda strateji əhəmiyyət kəsb edən Zəngəzur keçid yolunun nəzarət statusu müəyyən edilməyib".

Politoloq hazırda razılaşmadan uzaq olan Ermənistanla Azərbaycan arasında gərginliyin hansısa mərhələsində birbaşa toqquşmanı istisna etməyib. Qantaharyan dəhlizə nəzarət uğrunda bir-birinə zidd qüvvələr arasındakı mübarizənin də gərginliyi artırdığını vurğulayıb. /teleqraf.com/


MANŞET XƏBƏRLƏRİ