Ermənistan İran ilə münasibətləri yenidən normallaşdırmaq istəyir: Paşinyanın Rəisiyə zəngi... - AÇIQLAMA


Ermənistan mediasının verdiyi xəbərə görə, Paşinyan və Rəisi arasında telefon danışıgı olub. Danışıqda 3+3 formatı da müzakirə olunub.

Sizcə İran-Ermənistan arasında münasibətlər yenidən normalaşır?

Bu mövzu haqqında siyasi ekspert Elxan Şahinoğlu Turkustan.az-ın sullarını cavablandırıb.

Elxan Şahinoğlu - Bioqrafiya.com

Ekspert bildirib ki, “Ermənistanın baş naziri Nikol Paşinyan ilə İran prezidenti İbrahim Rəisi ilə tez-tez telefon danışığı aparır. İranın əsas məqsədi odur ki, bölgə ölkələri arasında əməkdaşlıq olsun, digər dövlətlər burada fəal olmasınlar.

Mümkündür ki, Tehranda Paşinyanın son addımlarına müəyyən narahatlıq yarasınsın. Və təsadüfi deyil ki, Rəisi telefon danışıqları zamanı buna işarə edib və deyib ki, bölgə ölkələri arasında əməkdaşlıq önəmli olmalıdır. Başqa ölkələrin buraya müdaxiləsi doğru olmaz. Əslində Rəisinin nə sözü varsa Paşinyana deməlidir. İran illər uzunu bizi ittiham edirdi. Bizim başqa ölkələr ilə əməkdaşlığımıza qarışmaq istəyirdi və bunu açıq deyirdi. Amma söhbət Ermənistana gələndə bunu açıq demirlər və dolayı yollar ilə çatdırmağa çalışırlar. Halbuki, məhz Ermənistan da müxtəlif Qərb ölkələrini bölgələyə gətirib. Bəli Azərbaycanın bəzi Qərb ölkələri ilə isti münasibətləri var. ABŞ ilə də təhlükəsizlik sahəsində münasibətlərimiz mövcuddur. Amma Avropa missiyasını bölgəyə gətirən Azərbaycan deyil, Ermənistandır.

E.Şahinoğlu bildirib ki, İrandan bu məsələ ilə bağlı heç bir irad olmayıb. İradı bildirən əsas Rusiya oldu. Halbuki Rəisi deyir ki, bölgə ölkələri öz aralarında əməkdaşlıq etməlidir. Azərbaycan da bunun tərəfdarıdır. 3+3 və yaxud 3+2 fortmatlı əməkdaşlığı istəyir.

Prezident İlham Əliyevin də mövqeyi var ki, Azəbaycanla sülh sazişi imzalansın və Qafqaz evini quraq. Bu da bölgə üçün və bölgəyə qonşu ölkələr üçün faydalıdır. Azərbaycanın İran ilə münasibətlərində müəyyən soyuqluq var, amma Arazın kənarından dəmir yolu inşa edəcəyik. Bu İranın özü üçün də Azərbaycan üçün də və bölgə ölkələri üçün də əhəmiyyətlidir. Məsələn ABŞ bunu istəmir, amma Azərbaycana təyziq də edə bilmir. Çünki biz bu təyziqi qəbul etməyəcəyik”.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ