5 ölkə Türkiyədən pay istəyir - Ərdoğan nə edəcək?


Yunanıstan-Kipr-Misir-Fransa koalisiyası Şərqi Aralıq dənizindəki qaz yataqlarını ələ keçirmək istədiyini göstərmək üçün Türkiyəyə birbaşa və açıq təzyiq edir.

Turkustan.az Axar.az-a istinadən xəbər verir ki, bunu rusiyalı jurnalist Maksim Şevçenko Ayasofya məscidinin ərazisində siyasi təxribat cəhdini şərh edərkən deyib.

“Türkiyənin cənubundan isə nüvə silahı ilə təchiz olunmuş İsrail təhdid edir və eyni qazdan öz payını istəyir. Ərdoğan necə addım atacaq?” - o bildirib.

Qeyd edək ki, İstanbuldakı Ayasofya məscidinin ərazisində siyasi təxribat cəhdinin qarşısı alınıb. Yunanıstanın 2 vətəndaşı məscidin içərisində foto çəkdirərkən Bizans İmperiyası bayrağını açıb. Bayraqda “Pravoslavlıq və ya ölüm” yazısı yazılıb.

Onlar polis tərəfindən saxlanılıb.


MANŞET XƏBƏRLƏRİ