İsrail qəzetlərindən biri yazıb ki, İtaliya İsraillə müdafiə müqaviləsinin avtomatik yenilənməsini dayandırdıqdan sonra Təl-Əvivin diplomatik çöküşü daha da dərinləşib və ölkə Avropadakı son dostlarını itirib.
Turkustan.az xəbər verir ki, İsrailin "Yedioth Ahronoth" qəzeti Fransa, İspaniya, Belçika və Hollandiyanın artıq itirildiyini və indi hətta İtaliya kimi əsas dostların da İsraildən uzaqlaşdığını bildirib.
Hesabatda qeyd olunur ki, Berlin həmçinin İsrailin ifrat sağçı maliyyə naziri Bezalel Smotrixin Almaniya kansleri Fridrix Merzin Fələstindəki hadisələrlə, xüsusən də işğal olunmuş Qərb Şəriyəsinin de-fakto ilhaqının qarşısının alınması zərurəti ilə bağlı narahatlıq ifadə edən açıqlamalarına reaksiya verməsindən sonra qəzəblənib. Həmçinin Macarıstanda Viktor Orbanın seçkilərdə məğlubiyyətindən sonra yeni administrasiyanın Tel-Əvivə qarşı mövqeyini dəyişə biləcəyi vurğulanıb.
Aytən Yaşar/ Turkustan.az