İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bekayi bildirib ki, İran və ABŞ arasında Pakistanda keçirilən danışıqlarla bağlı bu gün Pakistan nümayəndə heyətini qəbul edəcək.
Turkustan.az xəbər verir ki, Bekayi paytaxt Tehranda keçirdiyi həftəlik mətbuat konfransında cari məsələlərlə bağlı açıqlamalar verib.
Bekayi Pakistandakı danışıqların əsasən müharibənin bitməsinə və İranın tələblərinin yerinə yetirilməsinə əsaslandığını bildirib və əlavə edib: "Mesaj mübadiləsi davam edir. Bu gün çox güman ki, Pakistandan bir nümayəndə heyətini qəbul edəcəyik. Bu görüşdə hər iki tərəfin fikirləri ətraflı müzakirə olunacaq".
Ölkəsinin nüvə silahı istehsal etmək niyyətində olmadığını və bunu əvvəllər dəfələrlə bəyan etdiklərini xatırladan Bekayi, "Uranın zənginləşdirilməsinin növü və səviyyəsi müzakirə edilə bilər və biz bunu əvvəllər də elan etmişdik. İran öz ehtiyaclarına uyğun olaraq uranı zənginləşdirməyə davam etməlidir" dedi.
Bekayi ABŞ-ın əvvəllər "İranın nüvə proqramını məhv etdiklərini" bildirdiyini, lakin buna baxmayaraq, bu gün də məsələni qaldırdıqlarını qeyd edərək, ABŞ-ın nüvə məsələsindən öz maraqlarına uyğun olaraq İrana təzyiq göstərmək üçün istifadə etdiyini əlavə edib.
Aytən Yaşar/ Turkustan.az