Parlamentlərarası Birliyin (PAİ) 152-ci Baş Assambleyası çərçivəsində Fələstini Dəstəkləyən Parlament Qrupunun ikinci iclası İstanbulda keçirilib.
Turkustan.az xəbər verir ki, görüşdə Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş başda olmaqla müxtəlif ölkələrdən parlament rəhbərləri və deputatlar iştirak ediblər.
İclasda çıxış edən Fələstin Milli Şurasının rəhbəri Ruhi Fəttuh regionda sabitliyin əsas şərtinin İsrail işğalına son qoyulması olduğunu vurğulayıb. O bildirib ki, 4 iyun 1967-ci il sərhədləri əsasında, paytaxtı Şərqi Qüds olan müstəqil və suveren Fələstin dövlətinin qurulması və fələstinlilərin hüquqlarının təmin edilməsi vacibdir.
Fəttuh həmçinin İsrailin fələstinli məhbuslarla bağlı “ölüm cəzası” təşəbbüsünü təhlükəli addım kimi qiymətləndirərək bunun qətlləri qanuniləşdirməyə yönəldiyini qeyd edib.
O, Qəzzada hərbi əməliyyatların dayandırılması, mülki əhalinin qorunması və humanitar dəhlizlərin açılması üçün təcili beynəlxalq müdaxiləyə çağırış edib. Fəttuh beynəlxalq ictimaiyyəti İsrailin beynəlxalq parlament platformalarındakı üzvlüyünün dayandırılması da daxil olmaqla, konkret addımlar atmağa çağırıb.
Aytən Yaşar/ Turkustan.az