Prezident Rəcəb Tayyib Ərdoğan Birləşmiş Millətlər Təşkilatının Dubayda keçirilən İqlim Sammiti çərçivəsində fransalı həmkarı Emmanuel Makronla qısaca söhbət edib. Makron intim söhbətin görüntüsünü sosial şəbəkədə paylaşıb.
Turkustan.az xəbər verir ki, Prezident Rəcəb Tayyib Ərdoğan və fransalı həmkarı Emmanuel Makron arasındakı bu dialoq Birləşmiş Millətlər Təşkilatının Dubayda keçirilən İqlim Sammiti zamanı lentə alınıb.
Prezident Ərdoğan Makrondan “Əhval-ruhiyyən yaxşıdır?” sualına Fransa lideri Makron “Əhval-ruhiyyəm yaxşıdır” deyib. "Vəziyyətdən narahatam, lakin humanitar məsələlərdə birlikdə hərəkət edə bilərik" dedi.
Makron sammitdəki təmaslarının videosunu X sosial şəbəkə hesabında paylaşıb.
Həmin videoda onun prezident Ərdoğanla səmimi dialoqu diqqət çəkib.
İki liderin gündəmində İsrailin Qəzzaya hücumları olub. Ərdoğan və Makron humanitar böhranı həll etmək üçün birlikdə çalışa biləcəkləri barədə razılığa gəliblər.
Videoda Ərdoğan və Makronun qiymətləndirmədən sonra qucaqlaşaraq sağollaşdığı da görülüb.
Eltac/Turkustan.az