İsveç: "Türkiyə bir neçə həftə ərzində NATO üzvlüyünü təsdiqləyə bilər"


İsveç xarici işlər naziri Billström NATO-ya üzvlüklə bağlı verdiyi açıqlamada, "Dünən həmkarım Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə ikitərəfli görüş keçirdim. O, təsdiqin bir neçə həftə ərzində reallaşacağını gözlədiyini söylədi" dedi.

Turkustan.az xəbər verir ki, İsveçin xarici işlər naziri Tobias Billström NATO Xarici İşlər Nazirləri Toplantısının ikinci və son gün iclasından əvvəl jurnalistlərə açıqlama verib.

NATO-nun Brüsseldəki qərargahının girişində sualları cavablandıran Billström Türkiyənin bir neçə həftə ərzində İsveçin NATO-ya üzvlüyünü təsdiqləyəcəyini gözlədiyini bildirib.

Billström, “Dünən həmkarım, Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə ikitərəfli görüş keçirdim. O, təsdiqin bir neçə həftə ərzində baş verəcəyini gözlədiyini söylədi. Tarix vermədi, ancaq “bir neçə həftədən sonra” dedi. İsveçin NATO protokolunu bir neçə həftə ərzində ratifikasiya etməsini gözləyir.

İsveçi "terrorçular", xüsusilə də terror təşkilatı PKK üzvləri üçün sığınacaq olmaqda ittiham edən Türkiyə Skandinaviya ölkəsinin NATO-ya üzvlük müraciətinə veto qoyur. Türkiyə ötən ilin iyununda İspaniyanın paytaxtı Madriddə NATO-nun sammitində imzalanmış memorandum çərçivəsində İsveçdən terrorun bütün forma və təzahürləri ilə effektiv mübarizə aparacağını gözləyir.

Eltac/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ