Epşteyn Qarabağ məsələsində Azərbaycana necə zərbə vurub? – Sirlər açılır


Siyasi şərhçi Elçin Alıoğlu Globalinfo.az-a müsahibəsində “Epşteyn işi” ilə bağlı sensasion fikirlər səsləndirib.

Sözügedən müsahibəni təqdim edirik:

– “Epşteyn işi” necə ortaya çıxdı?

– Bu, 20 ildən artıq davam edən qalmaqalın pərdəarxasıdır. Amerikalı maliyyəçi Ceffri Epşteyn 1980-90-cı illərdə zəngin müştərilərlə investisiya portfelləri və “maliyyə şəbəkələri” yaratmaqla tanınmış və milyarderə çevrilmişdi. O, həmçinin hakimiyyətdə təmsil olunan və cəmiyyətin nüfuzlu şəxsləri ilə geniş əlaqələr qurmuşdu. “Epşteyn işi” ilə bağlı ilk araşdırma 2005-ci ildə aparılıb. Həmin vaxt 14 yaşlı bir qız Florida ştatında Epşteyni zorakı hərəkətlər ittihamı ilə şikayət etmişdi. Nəticədə Epşteynə qarşı zorakılıq və insan alveri ittihamları ilə federal istintaq başlanmışdı. Lakin 2007-2018-ci illərdə amerikalı prokuror Aleksandr Akosta mübahisəli bir qərarla istintaqı dayandırmışdı.

– Daha sonra 2019-cu ildə Epşteyn insan alveri və cinsi istismarda təqsirləndirilərək həbs olundu.

– Həmin vaxt federal istintaqda məlum oldu ki, nəinki yetkinlik yaşına çatmamış qızlar, eləcə də oğlanlar, ümumiyyətlə, uşaqlar Epşteynin Nyu-York və digər adalardakı villalarında istismar edilib. 2019-cu il avqustun 10-da Epşteyn Nyu-Yorkdakı federal həbsxanada huşsuz vəziyyətdə tapılır. Rəsmi versiyaya görə, o intihar etmişdi, amma bu, ciddi suallar doğurur. Nəzarətçilər hara baxırdı? Sonradan həbsxana nəzarətçilərinin hesabatlarının saxtalaşdırıldığı və həmin gecə bütün kameraların söndürüldüyü məlum oldu. Ona görə bunun intihar olması mübahisəli məsələdir.

2020-ci ildə Epşteynin tərəfdaşlarının həbsindən sonra məlum olur ki, onun müştəriləri arasında yüzlərlə nüfuzlu insan var, hətta dünyaca məşhur şəxslər də bu şəbəkəyə bağlı olub.

US House panel subpoenas Clintons in Epstein probe

– Bəs bu sirlər necə üzə çıxdı?

– Ötən ilin sonunda ABŞ Konqresi xüsusi qanun qəbul edərək Epşteynlə bağlı sənədlərin açıqlanmasına qərar verdi. Bu sənədlər “Epşteyn Materiallarının Şəffaflıq Aktı” adlanır və həmin sənədlər vasitəsilə Epşteynin əməlləri və şəbəkəsi geniş ictimaiyyətə açıqlanıb. Bu iş yalnız bir şəxsin kriminal fəaliyyəti ilə məhdudlaşmır. Bu, yüzlərlə yetkinlik yaşına çatmamış şəxslərin milyonlarla dollar müqabilində istismarını, ABŞ hüquq-mühafizə və ədliyyə strukturlarının bəzi cinayətkarlarla anlaşmalarını, elitalar arasındakı nüfuz əlaqələrini ortaya qoyur. Burada kimlərin adı yoxdur ki?! Alimlərdən tutmuş Britaniya şahzadəsi Endryu kimi şəxslərin adı da bu işə qarışıb.

– Epşteynin İsrail və ya Rusiyanın xüsusi əməliyyatlarının bir hissəsi olduğu iddia edilir.

– Bəli. Maraqlı məqamlardan biri də Epşteynin erməni diasporu ilə əlaqəsidir. Çünki Epşteynin “müştəriləri” arasında dostu olan ABŞ-ın sabiq prezidenti Bill Klinton var. Dəfələrlə Epşteynin özəl təyyarəsi ilə onun adasına getməsi və istirahət edib qayıtması faktları sənədlərlə təsdiqlənir.

1990-cı illərdə “Azadlığı Müdafiə Aktı” (907-ci düzəliş) adlanan sənədlə Azərbaycana sanksiyalar tətbiq edilməsində, Ermənistana külli miqdarda yardımlar göstərilməsində Epşteynin və ətrafındakı erməni diasporunun rolunun ABŞ siyasətinə təsiri istisna edilmir. Epşteyn şəbəkəsinə yaxın olan bəzi şəxslər erməni lobbi fəaliyyətləri üçün intellektual və maliyyə resursu kimi istifadə edilib. Həmçinin, Epşteynin çevrəsində yer alan və beynəlxalq siyasi strukturlarda təmsil olunan bəzi şəxslərin sonradan Azərbaycana qarşı daha sərt mövqe tutması diqqətçəkən məqamlardan biri kimi qeyd edilir. ABŞ-da formalaşmış ictimai və QHT-lərin də erməni mövqeləri tutması müşahidə olundu.

– Epşteyn Azərbaycana qarşı hansı addımlarda yer alıb?

– Epşteynin villasına gələn şəxslərin bir qismi lobbi fəaliyyətləri üçün istifadə olunub. Casusluqda suçlanan şəxslərin də Epşteynin müştəriləri arasında olduğu və bu şəxslərin Azərbaycanın siyasətinə qarşı mövqelərini sərtləşdirdiyi qeyd edilir. Britaniya və Avropa Komissiyasının bəzi yüksək rütbəli nümayəndələrinin də Epşteyn şəbəkəsi ilə əlaqələri açıqlanıb. Epşteynin villasında müxtəlif dillərdə danışan şəxslər olub və sonradan aparılan yoxlamalar zamanı həmin şəxslərin bir qisminin erməni əsilli olduğu müəyyən edilib. Bundan əlavə, Epşteynin villasında ABŞ-da erməni diasporunun nüfuzlu təşkilat rəhbərləri ilə yüksək rütbəli siyasətçilərin tanış edildiyi və bunun nəticəsində bəzi siyasi fiqurların ermənipərəst mövqeyinin gücləndiyi iddia olunur.

Elin alioglu 131

Elçin Alıoğlu

– Hansı siyasətçilərdən söhbət gedir?

– Burada Bill Riçardsonun adı xüsusi qeyd olunur. O, vaxtilə ABŞ-ın energetika naziri və daha sonra Meksika Ştatının qubernatoru vəzifəsində çalışıb. Məsələ burasındadır ki, məhz Epşteyn Bill Riçardsonu öz villasında erməni komitəsinin rəhbəri ilə tanış edib. Bundan sonra Riçardsonun karyerasında ermənipərəst yanaşma müəyyən dərəcədə formalaşıb və xüsusi yer tuturdu.

Harvard Hüquq Məktəbinin professoru və konstitusion hüquq üzrə dünyada tanınmış mütəxəssis, onlarla kitabın, yüzlərlə elmi və publisistik məqalənin müəllifi Alan Dörşoviç məhz Epşteynin villasında Amerika isteblişmentinin nümayəndələri ilə bir araya gələrək, cinayətkar əlaqələrin formalaşmasında rol oynayıb. Epşteyn işi mənəvi eroziya və insan haqlarının pozulması baxımından ciddi bir diskurs yaradır.

ABŞ-dakı elitalar arasında anlaşmalar, demokratlar və digər siyasi qüvvələr arasında oyunlar, Donald Trampın Ağ Evə qayıtması və bu işdən istifadə etməsi də siyasi kontekstdə diqqət çəkir. Onun 2025-ci ildə Ağ Evə qayıtması bu anlaşmanı darmadağın etmək niyyətinə düşdü. Çünki Tramp bu işə Florida prokurorluğu vasitəsi ilə başladı. 2024-cü ilə qədər qapalı olan sənədləri ABŞ prezidenti açaraq indiki potensial rəqiblərinin mövqeyini xeyli zəiflətdi. Hazırda Epşteyn işi cinayətin istintaqı və ədalətin bərpası üçün deyil, bir növ elitalar arasındakı mübarizənin simvolu olaraq davam edir.


MANŞET XƏBƏRLƏRİ