Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb


Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT Platformasının Baş katibi Azər Allahverənov Türkiyədən gələn QHT nümayəndəsi ilə görüş keçirib.

Azərbaycan Milli QHT Forumunun ofisində baş tutan görüşdə İzmir Azərbaycan Dərnəyinin İdarə Heyətinin sədri Pərviz Altay və Azərbaycan Mətbuat Şurasının Nəzarət-Təftiş Komissiyasının katibi, “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” (CASCFEN) İctimai Birliyinin sədri Nadir İsmayılov iştirak ediblər.

Görüş zamanı Azər Allahverənov Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT Platformasının Katibliyinin tərəfdaşlıq əlaqələri və vətəndaş cəmiyyəti institutlarının inkişafına yönəlmiş fəaliyyətlər barədə ətraflı məlumat verib. O, Platformanın gələcək fəaliyyət istiqamətlərindən danışaraq, Türk dünyasının QHT-ləri arasında koordinasiyanın və qarşılıqlı dəstəyin gücləndirilməsinin mühüm əhəmiyyət daşıdığını vurğulayıb.

Baş katib qeyd edib ki, Türk Dövlətləri Təşkilatına üzv ölkələrin vətəndaş cəmiyyəti institutlarını bir platformada birləşdirmək ideyası xalqlar arasında mənəvi və mədəni bağların möhkəmləndirilməsinə, eləcə də ortaq dəyərlərin qorunub inkişaf etdirilməsinə xidmət edir.

Tərəflər görüş çərçivəsində Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT-ləri arasında əməkdaşlığın cari vəziyyəti, birgə layihələrin icrası, ictimai diplomatiyanın inkişafı və vətəndaş institutlarının rolunun artırılması istiqamətində fikir mübadiləsi aparıblar. Sonda qarşılıqlı əməkdaşlığın davamlı şəkildə inkişaf etdirilməsinin zəruriliyi vurğulanıb.

Bir bir və ya daha çox şəxs, xəbər otağı və mətn şəkili ola bilər

Bir bir və ya daha çox şəxs, xəbər otağı və mətn şəkili ola bilər

Bir bir və ya daha çox şəxs və bunu deyən yazı "Azer tional nal" şəkili ola bilər


MANŞET XƏBƏRLƏRİ