Əgər Rusiya Ukraynanı saxlamaqla Qafqaz arasında seçim qarşısında qalsa, o zaman diqqətini Ukraynaya yönəldəcək.
Turkustan.az xəbər verir ki, bu sözləri ABŞ-ın Lehi Universitetinin professoru Arman Qriqoryan deyib.
O qeyd edib ki, Rusiya üçün Qafqaz nə qədər vacib olsa da, Ukrayna ondan da vacibdir:
“Rusiya üçün vəziyyətin nə dərəcədə çətin olduğunu – yəni bu cür sərt seçim qarşısında qalıb-qalmadığını dəqiq bilmirik. Lakin əgər belə bir zərurət yaranarsa, Rusiya məcbur olub öz qüvvələrini və resurslarını Ukrayna üçün saxlayacaq və məhz ora yönəldəcək. Mənə elə gəlir ki, bu halda Rusiya Qafqazdan geri çəkiləcək”.
Qriqoryan əlavə edib ki, Rusiya üçün Qafqazda mövqelərini qorumağın nə qədər çətin olacağını dəqiq söyləmək çətindir.
“Əgər biz (Ermənistan - red.) faktiki olaraq Rusiyanı Qafqazdan sıxışdırıb çıxarmağı hədəfləyən “araba”ya qoşulmasaydıq, Kreml üçün vəziyyət bu qədər ağır olmazdı", - o əlaqə edib. /axar.az/