İrəvan Bakının izində: müzakirələr başladı: “Danışıqlar olacaq?


“Çində Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin xarici işlər nazirlərinin toplantısı keçiriləcək. Maraqlıdır ki, görüş zamanı ən azı qeyri-rəsmi olaraq İrəvanın bir neçə gün əvvəl quruma üzv olmaq niyyəti barədə danışıqlar olacaqmı?”.

Turkustan.az xəbər verir ki, bunu erməni siyasi şərhçi Hakob Badalyan deyib.

O, bu barədə Telegram kanalında paylaşım edib.

Xatırladaq ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Pekinə səfərindən bir neçə gün sonra İrəvanın ŞƏT-ə üzv olmaq üçün ərizə vermək barədə qərar qəbul etdiyini açıqlamışdı.

Bildirilir ki, ərizə rəsmi müzakirə obyekti olmaq üçün verilmir, lakin bu mövzuda qeyri-rəsmi fikir mübadiləsi aparıla bilər.

Qeyd edək ki, Şanxay Əməkdaşlıq Təşkilatına Çin, Rusiya, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Özbəkistan, Hindistan, Pakistan, İran, Belarus daxildir.

2024-cü il sammitindən sonra Azərbaycan müşahidəçi olmaq üçün ərizə vermək niyyətində olduğunu açıqlayıb. Ardınca Ermənistanın da belə bir niyyəti ortaya çıxıb.


MANŞET XƏBƏRLƏRİ