NATO: “Patriot”-un ən qısa zamanda Ukraynaya çatdırılması üçün hazırlıqlar başladı


NATO-nun Müttəfiq Qüvvələrinin Avropadakı komandanı, ABŞ generalı Aleksus Qrinkeviç bildirib ki, “Patriot” hava hücumundan müdafiə sistemlərinin ən qısa zamanda Ukraynaya çatdırılması üçün hazırlıqlar davam edir.

Turkustan.az xəbər verir ki, Qrinkeviç mətbuata açıqlamasında Almaniyadan Ukraynaya göndərilməsi planlaşdırılan “Patriot” hava hücumundan müdafiə sistemlərindən danışıb.

Almaniya ilə sıx əməkdaşlıq içində çalışdıqlarını qeyd edən Qrinkeviç: "Patriot hava hücumundan müdafiə sistemlərinin mümkün olduğu qədər tez və sürətli şəkildə Ukraynaya çatdırılması üçün hazırlıqlar davam edir. Tövsiyəm hava hücumundan müdafiə sistemlərinin ən qısa zamanda çatdırılmasıdır" dedi.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ