İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bekayi İsrailin Suriyaya hücumunun beynəlxalq sülh və təhlükəsizliyə təhdid olduğunun aydın olduğunu bildirib və İƏT və BMT-ni bu təhlükəyə qarşı təcili və effektiv tədbirlər görməyə çağırıb.
Turkustan.az xəbər verri ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü Bekayi verdiyi yazılı açıqlamada İsrailin Suriyadakı hücumlarını ən sərt şəkildə qınadıqlarını bildirib.
Bekayi İsrailin Suriyadakı hücumlarında ictimai binaları hədəf alaraq işğalını davam etdirdiyini qeyd edərək: "Bu gün hamı açıq şəkildə görür ki, sionist rejimi regionda sülh və sabitliyə ən böyük təhdiddir və bu rejim ABŞ və bəzi digər Qərb ölkələrinin, xüsusilə Almaniya, Böyük Britaniya və Fransanın silah və siyasi dəstəyindən yararlanaraq, beynəlxalq sülhə qarşı təhdid edən bir yoldur".
O, İsrailin Qəzzada törətdiyi soyqırım və cinayətlərə qarşı hərəkətsizliyin Təl-Əvivin regionda təcavüzkarlığını artırmasına səbəb olduğunu bildirərək, İƏT və BMT-ni İsrailin bölgədəki təhlükəli müharibə qızışdırması və ekspansionizmini dayandırmaq üçün təcili və təsirli addımlar atmağa çağırıb.
Aytən Yaşar/ Turkustan.az