“Tramp 2025-ci ilin sonuna qədər müharibəni bitirəcək” – Yermak əmindir


ABŞ Prezidenti Donald Tramp 2025-ci ilin sonuna qədər Ukraynadakı müharibəni dayandıra biləcək.

Turkustan.az xəbər verir ki, bunu Ukrayna Prezident Aparatının rəhbəri Andrey Yermak “The Times”-a müsahibəsində deyib.

Onun sözlərinə görə, yalnız iqtisadi problemlər həqiqətən Vladimir Putinə bu müharibənin davam etdirilməsinin ona çox baha başa gəldiyini anlamasına təsir edə bilər. Yermak deyib ki, Tramp Rusiyadan neft və qaz alan bütün ölkələrə yeni ciddi sanksiyalar tətbiq etmək hədəsinə əməl etsə, həqiqətən də Ukraynadakı müharibəni bu ilin sonuna qədər bitirə bilər. Onun sözlərinə görə, ikili sanksiyalar işə yarayacaq.

Trampın planına əsasən, 50 gün ərzində Ukraynada sülh əldə olunmasa, o zaman Rusiyadan hər hansı mal idxal edən istənilən ölkədən ABŞ-yə gətirilən mallara 100% rüsum tətbiq olunacaq.

Xatırladaq ki, iyulun 14-də Donald Tramp növbəti dəfə Rusiyadan məyus olduğunu bildirib və 50 gün ərzində Ukraynada sülhə dair razılaşma əldə olunmayacağı təqdirdə ona qarşı “çox sərt tariflər” tətbiq edəcəyini vəd edib. /AzPolitika.info/


MANŞET XƏBƏRLƏRİ